“Türkiyə İsraillə bütün ticarəti dayandırır” – “Bloomberg”

“türkiyə israilin törətdiyi cinayətləri dünyaya çatdırmağa davam edəcək”
“Türkiyə İsraillə bütün ticarəti dayandırıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” vəziyyətlə tanış olan iki türk rəsmiyə istinadən məlumat yayıb.
Agentlik bildirir ki, Türkiyə bu qərarı rəsmi olaraq açıqlamasa da, İsrail Xarici İşlər Nazirliyi məlumatı təsdiqlənib.
Belə ki, idarənin rəhbəri İsrael Katz Türkiyə Prezidenti Rəcəb Ərdoğanı ticarət razılaşmalarını pozmaqda ittiham edib.
O, həmçinin əlavə edib ki, İsrail hakimiyyəti yerli istehsala və digər ölkələrdən idxala xüsusi diqqət yetirərək Türkiyə ilə ticarətə alternativ tapmaq üçün dərhal işə başlayacaq.
“Bloomberg”in Türkiyə Statistika İnstitutuna istinadən yazdığı məlumata görə, 2023-cü ildə Türkiyə ilə İsrail arasında ticarət dövriyyəsi 6,8 milyard dollar təşkil edib. Bu məbləğin təxminən 76%-i Türkiyə ixracından əldə olunub. Agentlik Türkiyənin İsrailə əsasən dəmir və polad tədarük etdiyini qeyd edir.
Aprel ayında Türkiyə polad və alüminium məhsulları da daxil olmaqla 54 kateqoriya mallara ixrac məhdudiyyəti qoyub. Daha sonra Türkiyənin Ticarət Nazirliyi bildirib ki, məhdudiyyətlər Qəzza zolağında atəşkəs əldə olunana və bölgəyə humanitar yardımın fasiləsiz axını təmin olunana qədər qüvvədə qalacaq. Bundan sonra İsrail cavab məhdudiyyətləri tətbiq edəcəyini və müttəfiqlərindən, o cümlədən ABŞ-dan Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyi vəd edib.

DİGƏR XƏBƏRLƏR

Top